“Azərsu”-dan rəisin həbs xəbərinə reaksiya

“Azərsu”-dan rəisin həbs xəbərinə reaksiya
  30 Oktyabr 2015    Oxunub:4756
Bu gün mətbuatda Nərimanov rayonu Su Kanal Departamentinin rəisinin həbs edilməsi ilə bağlı məlumat yayılıb.
Criminal.az saytının yaydığı xəbərə görə, Nərimanov Rayonu Su Kanal Departamentinin rəisi Anar Nəzərəliyev ötən gün Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcələsinin külli miqdarda dələduzluq etmə maddəsi ilə təqsirləndirilir.

Məsələyə münasibət bildirən Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzVision.az -a açıqlamasında bildirib ki, hazırda Nərimanov Rayonu Su Kanal Departamentinin rəisi Əhliman Mansurovdur, Anar Nəzərəliyev iki ildən çoxdur işdən çıxıb.

Anar Nəzərəliyevin `Azərsu` ASC-nin prezidenti Qorxmaz Hüseynovun qohumu olması məsələsinə gəlincə, qurum rəsmisi bu barədə məlumatının olmadığını deyib.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti