Türkiyə ilə hərbi əməkdaşlıq Qarabağın azad edilməsinə yönəlib
“Xalqımızın ümumilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edən milli konsepsiyanı əks etdirməklə yanaşı, bu gün də ölkələrimiz arasında ən yüksək səviyyədə siyasi, iqtisadi, humanitar, eləcə də hərbi və digər sahələrdə mövcud olan yaxınlığı bir daha nümayiş etdirir. Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birbaşa dəstəyi ilə ölkələrimizin hərbi qurumları arasında hər il imzalanan ikitərəfli fəaliyyət planına əsasən Quru Qoşunları, Hərbi Hava Qüvvələri və digər qoşun növlərinin birgə keçirdiyi döyüş atışlı hərbi təlimlər, yüksək səviyyəli hərbi nümayəndələrin qarşılıqlı səfərləri, o cümlədən hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi mərhələli surətdə həyata keçirilir.
Bu qəbildən olan Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq prosesinin aparılması isə hərbi-strateji imkanların uzlaşdırılması məqsədilə icra edilir. Həmişə tarixin çətin məqamlarında hər iki dövlətin əsgəri və ordusu bir-birinə dayaq olub, silahı gücünə düşməni məhv edərək ədaləti bərqərar edib. Necə ki, əcdadlarımız düşmən üzərində zəfər çalıb, indi də Silahlı Qüvvələrimiz bu şərəfli işi layiqincə davam etdirirlər.
Bu gün ölkələrimiz arasındakı müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi isə məhz işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsinə, eləcə də regionda sabitliyin, əmin-amanlığın təmin olunmasına yönəlib”.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


