Əli Abbasovun dindirilməsi ilə bağlı Açıqlama

Əli Abbasovun dindirilməsi ilə bağlı Açıqlama
  30 Oktyabr 2015    Oxunub:5569
"Cənab nazir dünən bütün gün öz işinin başında olub və heç bir orqan tərəfindən dindirilməyib. Bu barədə yayılan məlumatlar həqiqəti əsk etdirmir. Əli Abbasov bu gün də öz işinin başındadır".
AzVision.az xəbər verir ki, bunu Ans-ə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib. Onun sözlərinə görə, son günlər KİV-də Ə.Abbasov və nazirlik haqqında həqiqəti əks etdirməyən məlumatlar məlumatlar yayılıb: "Bəzi xəbər portalları yalnış xəbərləri efirə buraxandan sonra dəqiqləşdirmək üçün bizə müraciət edirlər. Biz də yazılanların həqiqəti əks etdirmədiyini dediyimiz zaman isə portallar özləri özlərini təkzib edir. Bu isə peşəkar jurnalistikaya ziddir", - deyə M. Əmirov bildirdi.

Qeyd edək ki, ötən gündən başlayaraq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarılması və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılması, orada bir neçə saat ərzində sorğu-sual olunması barədə məlumatlar yayılıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti