İlham Əliyev həmkarını təbrik edib

İlham Əliyev həmkarını təbrik edib
  31 Oktyabr 2015    Oxunub:1686
Azərbaycan prezidenti İlham Əliyev əlcəzairli həmkarı Əbdüləziz Buteflikaya təbrik ünvanlayıb.
Təbrik məktubunda deyilir: "Ölkənizin milli bayramı - İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Əlcəzair dostluğu və əməkdaşlığı bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına sülh və tərəqqi arzulayıram".


Teqlər:  



Xəbər lenti