İlkin nəticələr gecə saat 12-də açıqlanacaq

İlkin nəticələr gecə saat 12-də açıqlanacaq
  01 Noyabr 2015    Oxunub:2059
Seçkilərin nəticələri ilə bağlı ilkin məlumatları gecə saat 00:00-dan sonra əldə etmək mümkün olacaq. Ancaq bu, rəsmi nəticə hesab edilməyəcək.

AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri qeyd edib ki, məntəqələrdən dairələrə və dairələrdən də MSK-ya seçki protokollarının daxil olması iki gün ərzində başa çatacaq: “Bütün proses həm yerlərdə, həm də MSK-da müşahidəçilərin və KİV-in iştirakı ilə həyata keçiriləcək”.

O, KİV nümayəndələrinə müraciət edərək seçki prosesində baş verənləri olduğu kimi ictimaiyyətin diqqətinə çatdırmaqlarını istəyib.

MSK sədri sosial şəbəkə istifadəçilərinin fəaliyyətindən də söz açıb: “Mən onların da fəaliyyətini izləyirəm. Lakin onlar da bilməlidir ki, hərəkətlərini qanunvericiliyə uyğun atmalıdırlar”.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti