Naxçıvanda seçkilərə start verilib
Azərbaycan Milli Məclisinə seçkilərdə Naxçıvan MR-dən 7 seçki dairəsi 29 nəfərin namizədliyi qeydə alınıb. Partiya mənsubiyyətinə gəlincə, 5 nəfəri Yeni Azərbaycan Partiyasının, 16 nəfəri müxalifət partiyalarının, 8 nəfəri isə bitərəf namizədlərdir.
MR Ali Məclisinə seçkilərdə isə 45 seçki dairəsi üzrə 135 namizəd mübarizə aparır. Namizədlərin 44 nəfəri Yeni Azərbaycan Partiyasının, 46 nəfəri müxalifət partiyalarının, 45 nəfəri isə bitərəflərdir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


