“Seçkilər sakit ab-havada keçirilir” - GUAM-ın baş katibi

“Seçkilər sakit ab-havada keçirilir” - GUAM-ın baş katibi
  01 Noyabr 2015    Oxunub:1554
GUAM və GUAM Parlament Assambleyası Azərbaycanda parlament seçkilərinin gedişini müsbət dəyərləndirir.
AzVision.az xəbər verir ki, bu haqda "Report"a açıqlamasında seçkiləri müşahidə edən GUAM-ın baş katibi Valeri Çeçelaşvili məlumat verib. "Seçkinin gedişatı ilə əlaqədar ciddi irad yoxdur. GUAM PA-dan olan həmkarlarım məntəqələrdə çox sayda müşahidəçinin olduğunu və seçkilərin sakit ab-havada keçirildiyini qeyd edib", - V.Çeçelaşvili vurğulayıb.

Onun sözlərinə görə, GUAM müşahidə missiyası günün ilk yarısında Bakıdakı seçkiləri izləyib: "Biz artıq paytaxtda 7 seçki dairəsi üzrə 20-22 seçki məntəqəsində olmuşuq. İndi müşahidə qrupunun digər üzvləri ilə Sumqayıta gedirik. Axşam isə toplaşıb seçkilərlə bağlı öz fikirlərimizi bildirəcəyik".


Teqlər:



Xəbər lenti