Bakıda zibil qutusundan qumbara tapıldı

Bakıda zibil qutusundan qumbara tapıldı
  01 Noyabr 2015    Oxunub:1597
Paytaxtda zibil qutusunda qumbara aşkar edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda zibil qutusunun içərisində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub. Baxış keçirilən zaman aşkarlanan sursatın istifadəyə yararsız bir ədəd “F-1” markalı əl qumbarası olduğu müəyyən edilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar edilməyib. Sursat aidiyyatı üzrə təhvil verilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti