Ombudsman: Bizə şikayət daxil olmayıb

Ombudsman: Bizə şikayət daxil olmayıb
  02 Noyabr 2015    Oxunub:1237
“Günün sonuna qədər Bakıdakı bütün seçki dairələrindəki müxtəlif seçki məntəqələrinə baş çəkmişik. Ombudsman təsisatı olaraq seçkiləri müşahidə etməkdə maraqlı idik. Tam səmimi deyirəm ki, bizə heç bir şikayət olmadı”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova deyib.

Ombudsmanın sözlərinə görə, yalnız bir seçki məntəqəsində bir gənc ona deyib ki, pəncərəyə baxın, orada ikinci dəfə səs verən var: “Elə o cavan oğlanın əlindən tutdum, dedim ki, indi mənimlə ora gedəcəksən. Gəlib gördük ki, elə bir bir şey yoxdur”.

E. Süleymanova Azərbaycanın 6 böyük şəhər və rayonlarında da ombudsman təsisatının 45 əməkdaşının müşahidə apardığını nəzərə çatdırıb: “Ona görə də deyə bilərəm ki, bizə seçkilərlə bağlı heç bir şikayət daxil olmayıb”.

O, cəzaçəkmə müəssisələrində və hərbi hissələrdə səsvermə zamanı da heç bir pozuntu halına rast gəlmədikərini qeyd edib.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti