MSK: Seçicilərin 55.7 faizi səs verib
AzVision.az xəbər verir ki, mərkəzin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 19:00-dək seçicilərin 2 897 188 nəfəri səsvermədə iştirak edib.
Onun sözlərinə görə, saat 19:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 55.7 faiz təşkil edib.
Qeyd edək ki, bu, 2010-cu il seçkilərində olduğundan çoxdur. Belə ki, 2010-cu ildə 49,56% seçkidə iştirak etmişdi.
Hazırda Azərbaycanda 5 198 658 nəfər seçici var.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


