`Yayılan videolar ciddi araşdırılacaq` - YAP-dan reaksiya

`Yayılan videolar ciddi araşdırılacaq` - YAP-dan reaksiya
  02 Noyabr 2015    Oxunub:3068
"Sosial şəbəkələrdə yayılan video görüntülər ciddi şəkildə araşdırılacaq və nəticəyə uyğun qərarlar veriləcək".
Bunu baş nazirin müavini, bunu hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov partiyanın mərkəzi qərargahında parlament seçkilərinin başa çatması münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

YAP rəsmisi qeyd edib ki, səsvermədə nöqsanların olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi şəkildə araşdırılacaq: "Hesab edirəm ki, MSK və müvafiq qurumlar bunları ciddi şəkildə araşdıracaq. Faktlar təsdiq olunsa MSK tərəfdən əvvəlki illərdə olduğu kimi addımlar atılacaq".

Ə.Əhmədov bildirib ki, parlament seçkisində sosial şəbəkələrdə yayılan görüntülərə oxşar hadisələrin sayı olduqca azdır: "Bunlar seçki kampniyasına və nəticələrə kölgə salmağa əsas vermir".

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti