“Azərbaycan demokratiya nümunəsidir” - Türkiyəli müşahidəçi
O, qeyd edib ki, Azərbaycan türk dünyasında demokratiyanın nümunəsidir: “Bir qrup Xətai, Xəzər, Nizami və Yasamal rayonlarında, bir qrup Sumqayıtda, digər bir qrup isə Bakının müxtəlif məntəqələrində seçki prosesini izlədik. Siz bütün dünyaya nümunə göstərdiniz. Azərbaycanı təbrik edirəm”.
“Azərbaycan bu seçkini də uğurla keçirdi”-deyən Mərmərə Qrupu İdarə Heyətinin üzvü Şamil Ayrım bildirib ki, Azərbaycan həqiqətən regionda uğurla yol qət edir. O, həmçinin ATƏT DTİHB-nun Azərbaycana müşahidəçi göndərməməsini qınayıb.
Heyətin üzvü Fatih Saraçoğlu isə təşkilatçılığa görə Mərkəzi Seçki Komissiyasına və Azərbaycan xalqına təşəkkür edib: “Seçki mükəmməl təşkilatçılıqla keçirilib. Bundan başqa müşahidəçi olduğumuz heç bir məntəqədə hər hansı gərginliyin şahidi olmadıq, problemlə üzləşmədik. Biz sizdən nümunə götürürük. Sizi təbrik edirəm. Seçkilər Azərbaycan üçün xeyirli olsun”.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


