`Seçkilər yüksək səviyyədə keçdi` - Sergey Lebedev
Onun sözlərinə görə, seçkilər yüksək səviyyədə keçib: “MDB ölkələrinin Mərkəzi Seçki Komissiyasının sədrləri və millət vəkillərindan ibarət 147 nümayəndə Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edib. Hər şey yaxşı idi. Keçən seçkilərə nisbətən bu dəfəki seçkilər daha yaxşı, savadlı şəkildə keçirildi. Sadəcə bir qədər xırda qüsurlar var idi. Mən özüm 10 məntəqədə seçkini müşahidə etdim. Qüsurlar ondan ibarət idi ki, məsələn, bir ailədən biri başqasınn yerinə səsə verib, maarifləndirici məlumatlar bir qədər az idi. Ancaq nümayəndələr pozuntulara anında müdaxilə ediblər”.
Elvin Abdulqədirov







Vaxtında, Aydın, Lazımlı!


