“Seçkilər demokratik şəraitdə keçirilib” - QDİƏT PA

“Seçkilər demokratik şəraitdə keçirilib” - QDİƏT PA
  02 Noyabr 2015    Oxunub:1359
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Asambleyasının (QDİƏT PA) müşahidə missiyası Azərbaycanda parlament seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
QDİƏT PA-nın baş katibi Asəf Hacıyev parlament seçkilərinin şəffaf və demokratik şəraitdə keçdiyini bildirib. QDİƏT PA-nın vitse-prezidenti, Yunanıstan parlamentinin üzvü Symeon Kedikoglu seçki sahəsində kifayət qədər təcrübəsinin olduğunu bildirib. Onun sözlərinə görə, 1989-cu ildən müxtəlif dövlətlərdə keçirilən seçkilərdə müşahidəçi kimi iştirak edib:

“Bakıda olduğumuz 3 gün ərzində həm seçkiyə hazırlıq prosesi ilə tanış olduq, həm də səsvermə prosesini izlədik. Səsvermə prosesinə hər hansı müdaxilə olmayıb, seçki normal keçib”.

QDİƏT PA-nın üzvü, Bolqarıstan Parlamentinin İqtisadiyyat və turizm komitəsinin sədri Petar Georgiev Kanev qeyd edib ki, seçkilər yüksək səviyyədə təşkil olunub: “Azərbaycan Avropa standartlarına uyğun seçki keçirib”.

QDİƏT PA-nın vitse-prezidenti, Serbiya parlamentinin vitse-spikeri İqor Becic də hesab edir ki, seçkilər zamanı heç bir qanun pozuntusu olmayıb: “Seçkilər tam demokratik şəraitdə keçirilib”.


Teqlər:



Xəbər lenti