Amaşov Mətbuat Şurasından gedəcək? - Açıqlama
Deputat mandatı alan Ə.Amaşov Mətbuat Şurasının sədri vəzifəsində qalacaqmı?
Bu suala Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynov cavab verib.
AzVision.az-a açıqlamasında MŞ rəsmisi bildirib ki, Əflatun Amaşov deputat seçilsə də öz vəzifəsində qalacaq.
“Mətbuat Şurası dövlət qurumu, nazirlik deyil ki, onun rəhbəri də rəsmi mövqe tutsun. İctimai birliyin rəhbərinin səlahiyyəti var ki, millət vəkili seçiləndə də öz keçmiş rəhbər vəzifəsini davam etdirə bilsin. Əflatun müəllim də Azərbaycan mətbuatına çox lazım olan bir şəxsdir. O da Mətbuat Şurasının rəhbəri vəzifəsini davam etdirəcək”.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


