`Seçkilər beynəlxalq standartlara uyğun keçirilib`
ASKTM baş icraçı direktoru qeyd edib ki, səsvermə prosesi yüksək səviyyədə təşkil edilmişdi: “Yüksək səviyyədə hazırlıq nəticəsində hər seçki məntəqəsində səsvermə prosesi üçün bütün zəruri vasitələr vardı. Proses seçki qaydalarına tam müvafiq keçirilib. Fəallıq yüksək olub və qadınlar geniş təmsil olunub. Seçkiləri sosial mənsubiyyətinə, peşəsinə və ya siyasi baxışlarına görə fərqlənən xeyli sayda milli müşahidəçi izləyirdi. Seçki komissiyalarında xeyli sayda qadın vardı”.
Müşahidə missiyasının qiymətləndirməsinə görə, seçkilər şəffaf və beynəlxalq standartlara uyğun keçib.
K. Moniquet qeyd edib ki, Azərbaycan ərazisinin üçdə biri Ermənistan tərəfindən qanunsuz işğal edilib. Ölkədə bir milyondan artıq məcburi köçkün var:“ Amma buna baxmayaraq seçkilər azad, ədalətli və şəffaf seçkilərin bütün müvafiq meyarlarına cavab verib”.
ASKTM-nin ekspert komandası seçki prosesini digər ölkələr üçün nümunə kimi qiymətləndirir.
Müşahidə missiyası Mərkəzi Seçki Komissiyasının səmimiliyi və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək istəyindən məmnun qalıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


