66 nəfər qidadan zəhərlənib
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 254, mikrobioloji göstəricilərinə görə 219 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunublar. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 4 nümunədə normalardan kənara çıxma müəyyən olunub.
Şadlıq evləri və iaşə müəssisələrindən 885 yaxma götürülüb, yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilməyib.
Nazirlikdən onu da bildiriblər ki, sentyabr ayı ərzində əhali arasında 39 qida zəhərlənməsi hadisəsi baş verib, 66 nəfər zərərçəkən olub. O cümlədən, 2 botulizm hadisəsi baş verib, 2 zərərçəkən olub .
Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


