Məmmədyarov yeni səfirlə görüşüb

Məmmədyarov yeni səfirlə görüşüb
  03 Noyabr 2015    Oxunub:1510
Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Aurelia Buşeni qəbul edib.
Nazirlikdən AzVision.az - a verilən məlumata görə, görüşdə səfir Aurelia Buşe etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Azərbaycan və Fransa arasında siyasi, iqtisadiyyat, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Səfir diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

Elmar Məmmədyarov Aurelia Buşeyə diplomatik fəaliyyətində uğurlar arzu edib.


Teqlər:  



Xəbər lenti