İmtahan qaydaları açıqlandı - Müəllimlərin nəzərinə
Qaydalara görə, müəllimlər imtahan zamanı bir-birindən köçürməməli, bu və ya digər hər hansı bir səbəbə görə sakitliyi pozmamalıdırlar. İmtahanda iştirakçıların onlara verilən vərəqlərdən əlavə heç bir vasitədən istifadə etməsi, pərgar, kalkulyator, əlavə vərəq, kitabça və sair kimi ləvazimatları imtahanlara gətirməsi və ya istifadə edilməsi qadağandır. İmtahanda mobil telefonlar söndürülməlidir. Nazirlikdən o da bildirilib ki, bu qaydalara riayət etməyən imtahan iştirakçıları imtahandan xaric olunacaq və onların nəticələri ləğv olunacaq. Xatırladaq ki, noyabrın 28-29-da Xaçmaz rayon müəllimləri Xaçmaz Olimpiya İdman Kompleksində, dekabrın 4-6-da Masallı və Cəlilabad rayonundan olan müəllimlər Masallı Olimpiya İdman Kompleksində, dekabrın 9-12-də İmişli , Saatlı, Sabirabad, Şirvan, Hacıqabul rayon müəllimləri Sabirabad Olimpiya İdman Kompleksində, dekabrın 16-20-də Sumqayıt şəhəri, Abşeron, Qubadlı rayon müəllimləri Sumqayıt Olimpiya İdman Kompleksində, dekabrın 24-25-də isə Gəncə müəllimləri Gəncə Olimpiya İdman Kompleksində imtahan verəcəklər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


