`Gecələr ağacda yatırdım` - Meşədə itən gənc (Video)
Daha sonra ikinci dəfə qoz yığmağa gedəndə bu olay onun başına gəlib. Belə ki, Şahid azdıqdan sonra havanın qaraldığını görəndə dəfələrlə qışqırıb yaxınlarını çağırsa da artıq gec olub. Sən demə hava dumanlı olduğundan məktəbli yaşadığı evdən çox uzaqlaşıb.
Yolu taparaq evə qayıtmaq Şahidə heç də asan başa gəlməyib. Meşədə 6 gün yaşayan məktəbli heyvanların ayaq izi ilə gəlib evə çıxa bilib. Evə gələn Şahidin dili qorxudan tutulduqdan sonra bir neçə gün danışa bilməyib.
Şahid Əzizov: "Qoz yığmağa gedib evə qayıtdım. İkinci dəfə də qoz yığmağa getdim, yığa-yığa meşədə irəlilədim, bir də gördüm ki, yolu azmışam, duman bürüdü ətrafı. Qışqırdım, səsimi eşidən olmadı. Gecələr ağacda yatırdım, qoz yeyirdim. Heyvanların ayaq izləri ilə evi tapdım".
Hazırda həkim nəzarəti altında olan gəncin səhhətində ciddi problemin olmadığı bildirilir. Region TV (Kəpəz TV)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


