İmtahana gecikməmək üçün avtobus qaçırdılar

İmtahana gecikməmək üçün avtobus qaçırdılar
  05 Noyabr 2015    Oxunub:2635
Cənubi Afrikanın Qərbi-Kasp vilayətində məktəblərdən birinin yuxarı sinif şagirdi özü və sinif yoldaşlarının riyaziyyat üzrə yekun imtahana kecikməməsi üçün məktəb avtobusunu qaçırıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Yerli “eNCA” telekanalının məlumatına görə, imtahan gün avtobus sürücüsü işə çıxmayıb. Həmin vaxt Le-Ann Adonis adlı şagird avtobusun kabinasında açarları tapır və dostlarının xahişi ilə sükan arxasına oturur. Şagirdlər belə 30 kilometr məsafə qət edirlər.

“Uşaqlardan biri mənə dedi ki, o, bu imtahanda iştirak etməlidir. Bu həm onun, həm də mənim üçün əhəmiyyətli idi”, - deyə Adonis telekanala bildirib.

Yol polisi əməkdaşları avtobusu məktəbin qarşısında saxlayıblar. Adonis sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün 361 ABŞ dolları məbləğində cərimələnib. Lakin şagirdlər imtahana vaxtında çatıblar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti