Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 35 saylı Xətai Üçüncü Seçki Dairəsəndən deputatlığa namizədliyini irəli sürən Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayətinə baxılıb.
AzVision.az xəbər verir ki, İ.Ağazadə şikayətində noyabrın 1-də parlament seçkilərində seçki dairəsinin 17-18-26-cı məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsinin xahiş edib.
Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, müraciət aidiyyatı qaydaları pozulmaqla MSK-ya daxil olub. Ona görə də MSK müraciətə baxılması üçün DSK-ya göndərib.