Son iki gündə 44 avara və dilənçi saxlanılıb

Son iki gündə 44 avara və dilənçi saxlanılıb
  09 Noyabr 2015    Oxunub:1551
Son iki gündə avaralıq və dilənçiliklə məşğul olan 44 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, noyabrın 7-də Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olan 33 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Noyabrın 8-də isə Nəsimi rayonu ərazisində avaralıq və dilənçiliklə məşğul olan 11 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılanlar barəsində müvafiq tədbir görülüb.

AzVision.az


Teqlər:  



Xəbər lenti