“Azərsu”nun keçmiş prezidentinə vəzifə verildi

“Azərsu”nun keçmiş prezidentinə vəzifə verildi
  10 Noyabr 2015    Oxunub:2967
“Azərsu” ASC-nin keçmiş sədri Nizaməddin Rzayev bu quruma işə qayıdıb.
AzVision.az xəbər verir ki, ASC-dən Trend-ə verilən məlumata görə, N.Rzayev “Azərsu” ASC-nin birinci müavini Teyyub Cabbarovun müşaviri təyin edilib.

N.Rzayev Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə ASC-nin sədri vəzifəsindən azad edilmişdi.

Dövlət başçısının digər sərəncamı ilə həmin vəzifəyə SOCAR-ın vitse-prezidenti Qorxmaz Hüseynov təyin edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti