Nazirlik şagirdin güllələnməsi olayını araşdırır

Nazirlik şagirdin güllələnməsi olayını araşdırır
  12 Noyabr 2015    Oxunub:3085
Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 106 nömrəli tam orta məktəbdə dərs zamanı baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektoru tərəfindən araşdırma aparılır.
Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, baş vermiş hadisənin təfsilatı ilə bağlı həmin məktəbin direktoru və texnologiya müəlliminin izahatları alınıb.

İlkin araşdırmaya görə, hadisə zamanı mediada qeyd edildiyi kimi şagird xəsarət almyıbr və hazırda həmin şagird dərsdədir.

Hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti