`Azəryolservis` hesabat verdi
Hesabat iclasında qeyd olunub ki, 2015-ci ilin 9 ay ərzində 289,3 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən təmir olunub, 12 yeni avtomobil körpüsü tikilib, 2 körpü təmir edilib. 2 tunel və 7 piyada keçidi istismara verilib. 2015-ci ilin 9 ayı ərzində 38 adda küçə və prospektdə 370,4 min kv-metr sahədə əsaslı təmir işləri aparılıb. Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 97,7 min kv-metr sahədə çala təmiri işləri yerinə yetirilib.
İclasda 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq məsələsinə də xüsusi toxunulub. Bildirilib ki, tədbirlər planına uyğun olaraq bütün idarə və müəəssisələrdə hazırlıq işləri başa çatmaq üzrədir. Ümumilikdə, payız-qış mövsümündə, xüsusi ilə qarlı-şaxtalı havalarda avtomobil yollarına, prospekt və küçələrə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər (Bakı şəhərində 382 ədəd, respublika yollarına xidmət üçün 659 ədəd) yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib. Bundan başqa tələb olunan miqdarda qum və texniki duz ehtiyyatının toplanması işləri də davam etdirilir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


