Canavarlar kəndə hücum edib - VİDEO

Canavarlar kəndə hücum edib - VİDEO
  12 Noyabr 2015    Oxunub:1909
Zaqatala rayonu Çobankol kənd sakini İsa Musayevin təsərrüfatına canavarlar hücum edib. Hadisə gecə saatlarında qeydə alınıb.
Təsərrüfat sahibinin dediyinə görə, vəhşi heyvanlar ona məxsus 32 baş xırdabuynuzlu heyvanı parçalayıb ki, onlardan da 20-i tələf olub. Ev yiyəsi hadisədən yalnız səhər tezdən xəbər tutub. Hadisə barədə dərhal yerli icra sturukturlarına və baytarlıq idarəsinə məlumat verilib.

Tələf olan heyvanlar baytar həkimlərin nəzarəti altında basdırılıb. Yaralanan qoyunlara isə xəstəliyə qarşı dərman vurulub. Bir müddət öncə də rayonda ayrı-ayrı sakinlərə məxsus at və qoyunlar vəhşi heyvanların hücumuna məruz qalmışdı. Yırtıcılar insanların həyatı üçün də potensial təhlükə mənbəyidir. Belə hadisələrin vaxtaşırı təkrarlanması isə təşviş və narahatlıq doğurur. Əlacsız qalan sakinlər əlaqədar qurumlardan müvafiq tədbirlərin görülməsini xahiş edirlər.




Teqlər:  



Xəbər lenti