`Arif Yunusun evə buraxılmasını alqışlayıram` - Malena Mard

`Arif Yunusun evə buraxılmasını alqışlayıram` - Malena Mard
  13 Noyabr 2015    Oxunub:1900
"Bakı Apellyasiya Məhkəməsinin tarixçi və insan hüquqları sahəsi üzrə fəal Arif Yunus barəsində qətimkan tədbirinin dəyişdirilməsi və humanist əsaslarla onun ev dustaqlığına buraxılması qərarını alqışlayıram”.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

“Bu, sevindirici hal və müsbət humanist əməldir. Bu irəliləyişin davam edəcəyinə ümid edirəm. Ümumiyyətlə, Avropa İttifaqı Azərbaycanla müvafiq dialoq və əməkdaşlığı daha da dərinləşdirməyə və genişləndirməyə hazırdır", - deyə Malena Mard qeyd edib.


Teqlər:  



Xəbər lenti