Çaylarda vəziyyət necədir?

Çaylarda vəziyyət necədir?
  13 Noyabr 2015    Oxunub:1747
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 60-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-200 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən xəbərə görə, noyabrın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 117 m3/s olmaqla ongünlük normanın 66 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 165 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 134 m3/s olmaqla, ongünlük normanın 157 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 50 m3/s təşkil edərək ongünlük normanın 59 faizinə bərabər olub.

Noyabrın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 8, Salyanda və Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 453 sm (2014-cü il noyabrın 13-də 325 sm), Şirvanda 345 sm (2014-cü il noyabrın 13-də 175 sm), Salyanda 303 sm (2014-cü il noyabrın 13-də 142 sm), Bankədə 228 sm (2014-cü il noyabrın 13-də 172 sm), Araz çayının Novruzlu məntəqəsində isə 177 sm (2014-cü il noyabrın 13-də 66 sm) təşkil edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti