Polis kiminsə `başına` pul qoya bilərmi? - Günün sualı
Polis İdarəsindən piyadanı vurub qaçan sürücü ilə bağlı məlumat verən şəxsə onun anonimliyi qorunmaq şərti ilə 1000 manat məbləğində pul mükafatı verəcəyini bəyan ediblər.
Azərbaycanda polisin cinayətkarın axtarışı üçün pul mükafatı verməsi ilk dəf müşahidə olunduğundan insanların maraq və müzakirəsinə səbəb olub.
Sabiq polis rəisi, ekspert Mahmud Hacıyev AzVision.az-a açıqlamasında bildirib ki, dünya təcrübəsində belə metodlardan tez-tez istifadə olunur.
Ekspertin sözlərinə görə, cinayətdar sürücünün tapılması üçün elan edilən pul mükafatı həmin polis idarəsi rəisinin öz təşəbbüsü ilə həyata keçirilə bilər.
“ABŞ və Avropa ölkələrində belə təcrübədən istifadə olunur. Bunun ölkəmizdə hansı qanunla, normativ aktla təmin olunduğunu dəqiq deyə bilmərəm. Dünya praktikasında bu xüsusilə ağır cinayətlərdə tətbiq olunur. Bunu sensasiya kimi deyil, qanunauyğunluq kimi qəbul etmək olar. Daxili işlər orqanlarında çalışdığım dövrdə bizdə də belə bir təklif olub. Polis idarəsinin rəhbərliyi də bunu tətbiq edirsə, burada qeyri-qanuni bir əməl yoxdur. Bu praktikada var və istifadə olunur”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


