Leyla Əliyeva övladları ilə şənlikdə - FOTOLAR

Leyla Əliyeva övladları ilə şənlikdə - FOTOLAR
  14 Noyabr 2015    Oxunub:3400
Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün şənlik təşkil olunub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva övladları ilə birlikdə iştirak edib.

Bakının əyləncə mərkəzlərindən birində təşkil edilən şənliyə balacalar onlar üçün xüsusi ayrılmış avtobuslarla gəliblər. Budəfəki şənlikdə Bakı şəhərindəki müxtəlif uşaq evlərindən və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzindən uşaqlar iştirak etdilər.

Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə istədikləri kimi əylənən uşaqlar bu aksiyadan xüsusi zövq alılbar, burada gözəl istirahət ediblər, əylənib oynayıblar.

Şənliyin sonunda 200-dək uşağa Heydər Əliyev Fondunun hədiyyələri verilib.

Qalereya




Teqlər:  



Xəbər lenti