Parisdə ölənlər arasında azərbaycanlı yoxdur - XİN

Parisdə ölənlər arasında azərbaycanlı yoxdur - XİN
  14 Noyabr 2015    Oxunub:1528
Parisdə terror aktları nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Bu barədə AzVision.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

XİN rəsmisi bildirib ki, Azərbaycanın Fransadakı səfirliyindən nazirliyə saat 16:00-a daxil olmuş məlumata əsasən, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Azərbaycanın Fransadakı səfirliyi, həmçinin rəsmi saytında bu ölkədə müvəqqəti olan həmvətənlərimizə müraciət dərc edib. Müraciətdə terror aktları zamanı zərərçəkən həmvətənlərlə bağlı hər hansı məlumatı olanlardan 0144186020 "qaynar xətt"inə zəng etmək xahiş olunur.



Teqlər:  



Xəbər lenti