Mərkəzi küçələr bağlanacaq

Mərkəzi küçələr bağlanacaq
  07 Dekabr 2015    Oxunub:1704
Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı "Baku City Circuit" (BCC) gələn il iyun ayında keçiriləcək "Formula-1" yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir.
BCC-dən AzVision.az- a verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Bu gündən etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov və Xəqani küçələrinin kəsişmələri arasında yol asfalt örtüyünün təmirinə bağlanıb. Bundan əlavə, Bül-bül prospekti qismən təmirdədir, lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb.


Teqlər:



Xəbər lenti