Yenə qar yağacaq - Sabahın hava proqnozu

Yenə qar yağacaq - Sabahın hava proqnozu
  08 Dekabr 2015    Oxunub:3521
Dekabrın 9-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-7, gündüz 7-9, dərəcə isti olacaq.

Dekabrın 9-da Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin şimal və şərq rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3-7 dərəcə isti, gündüz 8-13, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Dekabrın 9-10-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 9-da güclü xəzri küləyinin ayın 10-da gündüz arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizidir.

AzVision.az


Teqlər:  



Xəbər lenti