Axtarışlar müvəqqəti dayandırıla bilər

Axtarışlar müvəqqəti dayandırıla bilər
  08 Dekabr 2015    Oxunub:2125
`Günəşli` yatağında baş verən hadisə zamanı itkin düşən şəxslərin axtarışları sabah müvəqqəti olaraq dayandırıla bilər.
AzVision.az xəbər verir ki, bunu “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, güclü külək olarsa gəmilərlə axtarış müvəqqəti olaraq dayandırılacaq və hava şəraiti düzələndən sonra yenidən davam etdiriləcək.

B.Ağarəhimov qeyd edib ki, helikopterlərin axtarışları davam etdirib-etdirmiyəcəyi FHN-nin qərarından asılı olacaq.

Anar Kəlbiyev




Teqlər:  



Xəbər lenti