BP neftçilərin axtarışına 5 gəmi göndərib

BP neftçilərin axtarışına 5 gəmi göndərib
  08 Dekabr 2015    Oxunub:3735
BP şirkəti “Günəşli” yatağında hadisə baş verən andan xilasetmə və axtarış işlərinə cəlb olub. Hazırda bu istiqamətdə səylərimizi davam etdiririk.
Bunu AzVision.az-a “BP Azərbaycan”nın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

“BP şirkəti axtarışlara hələ də davam edir. Bu köməyimizi hazırda da davam etdiririk. Dənizdə olan ehtiyatlarımız, gəmilərimiz insanların xilas edilməsi və axtarışı əməliyyatlarına qoşulub. BP ilk andan SOCAR-la birlikdə aparılan əməliyyat-axtarış tədbirlərində iştirak edir. Biz SOCAR-la birlikdəyik. Sona qədər də dənizdəki ehtiyatlarımız axtarış və xilsasetmə işlərində işttirak edəcək”,-deyə BP rəsmisi qeyd edib.

T. Bayatlı həmçinin qeyd edib ki, BP-yə aid 5 gəmi axtarış və xilasetmə işlərində iştirak edir: “Bu dəstəyimiz əməliyyatların sonuna qədər də davam edəcək”.

Qeyd edək ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi aidiyyəti üzrə təhvil verilib, 25 nəfərin axtarışı davam etdirilir.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti