Jurnalist adından sui-istifadə edənlər sərt cəzalanacaq

Jurnalist adından sui-istifadə edənlər sərt cəzalanacaq
  08 Dekabr 2015    Oxunub:1624
Jurnalist adından sui-istifadə edilməsi ilə bağlı cəzalar ağırlaşdırılır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni İnzibati Xətalar Məcəlləsində əks olunan layihəyə əsasən, kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə edən fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 3 500 manatadək məbləğdə cərimə ediləcək.

Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, hazırda belə hüquq pozuntularına yol verən fiziki şəxslər 20 manatdan 25 manatadək miqdarda, vəzifəli şəxslər 60 manatdan 80 manatadək miqdarda, hüquqi şəxslər 200 manatdan 250 manatadək miqdarda cərimə edilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti