Cahangir Hacıyev məhkəmə qarşısına çıxır

Cahangir Hacıyev məhkəmə qarşısına çıxır
  09 Dekabr 2015    Oxunub:1761
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq prezidenti Cahangir Hacıyevin həbsindən verilən apellyasiya şikayətinə baxılmasının vaxtı müəyyən edilib.
C.Hacıyevin vəkilinin Trend-ə verdiyi məlumata görə, apelyasiya şikayətinə dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Şikayətə hakim Qədim Babayevin sədrliyi ilə baxılacağı bildirilir.

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə)və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq həbs edilib.

Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti