Gömrükçülər 240 min pirotexniki vasitəni ələ keçirib

Gömrükçülər 240 min pirotexniki vasitəni ələ keçirib
  09 Dekabr 2015    Oxunub:1825
Bu günlərdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gətirilən pirotexniki və tezalışan vasitələr aşkar edilib.
Komitənin mətbuat xidmətindən AzVision.az - a daxil olan xəbərə görə, Azərbaycan vətəndaşları Mahmud Nəbiyevin idarə etdiyi “BMW 520” markalı nəqliyyat vasitəsindən 14220 ədəd, Azər Hüseynovun idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı nəqliyyat vasitəsindən 7000 ədəd, Elyar İsmayılovun idarə etdiyi “Peugeot-406” markalı nəqliyyat vasitəsindən 82550 ədəd, Sönməz Osmanovun idarə etdiyi “Opel Astra” markalı nəqliyyat vasitəsindən 5436 ədəd, Teymur Əliyevin idarə etdiyi “Mercedes Benz C180” markalı nəqliyyat vasitəsindən 40800 ədəd, Natiq Əhmədovun idarə etdiyi “BMW 520” markalı nəqliyyat vasitəsindən 12800 ədəd, Əbülfəz Ələkbərovun idarə etdiyi “VAZ 21703” markalı nəqliyyat vasitəsindən 57600 ədəd, Samir Musayevin idarə etdiyi “Mercedes Benz 200” markalı nəqliyyat vasitəsindən isə 20400 ədəd, ümumilikdə 240806 ədəd müxtəlif növ yüksək səs-küylə müşayiət olunan pirotexniki və tezalışan vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunaraq saxlanılıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti