Azərbaycandan Türkiyəyə daha bir güzəşt

Azərbaycandan Türkiyəyə daha bir güzəşt
  09 Dekabr 2015    Oxunub:3047
Azərbaycan Türkiyədən olan avtobus və iritonnajlı avtomobillərin sürücüləri üçün multivizanın qüvvədə olma müddətini 1 il uzadıb.

AzVision.az xəbər verir ki, Türkiyə Azərbaycandan avtobus və iritonnajlı avtomobillərin ölkə ərazisində mütəmadi qalma müddətini 30 gündən 90 günədək uzadıb.

TRACECA-nın Azərbaycandan olan milli katibi Akif Mustafayev Trend-ə bildirib ki, iki ölkə arasında tranzit daşımalarının böyük həcmi nəzərə alınsa, bu, aktual qərardır: "Azərbaycanın iritonnajlı avotmobillərinin Türkiyədə uzun müddət qalması və geriyə qayıdarkən malların yüklənilməsi üçün imkanları olması məqsədilə Türkiyə qarşısında dəfələrlə bu məsələni qaldırmışıq. Hazırda bunu Türkiyədə az qalma müddətinə görə etmək problem yaradır".


Teqlər:  



Xəbər lenti