Neftçilərin axtarışına 9 gəmi, 8 helikopter cəlb olunub

Neftçilərin axtarışına 9 gəmi, 8 helikopter cəlb olunub
  10 Dekabr 2015    Oxunub:2746
“İtkin düşən neftçilərin genişmiqyaslı axtarış tədbirləri davam etdirilir”.
“Azneft” İstehsalat Birliyindən AzVision.az-a verilən məlumata görə, hazırda Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi və 2 helikopteri itkin düşən neftçilərin axtarışlarına cəlb olunub.

Bildirilib ki, bütün sərhədboyu zonada axtarışlar aparılır.

Həmçinin qeyd edilib ki, hazırda 5 gəmi “Günəşli” yatağındakı yanğının söndürülməsi ilə məşğuldur.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən faciə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti