MTRŞ narazıdır: `Aparıcılar Azərbaycan dilini bilmir`
Monitorinq zamanı təhlilə cəlb olunan və ədəbi dil normasının pozulmasını əks etdirən 831 faktdan 425-i fonoloji, 208-i leksik, 170-i qrammatik, 28-i üslubi səviyyədə normadan kənara çıxma hallarının göstəricisidir.
Şuranın sədr müavini Qafar Cəbiyev deyib ki, ölkədə fəaliyyət göstərən radio və televiziyalarda Azərbaycan ədəbi dil qaydalarının pozulması adi hala çevrilib: “Dublyaj olunan filmlər yüksək-estetik tələblərə cavab vermir. Eyni zamanda bəzi televiziyalarda çalışan diktor və aparıcıların daha peşəkarları ilə əvəz olunması zərurəti yaranıb. Ədəbi dil qaydalarının dinamikası müsbətə doğru dəyişsə də problemlər var və onları sayı kifayət qədərdir”.
Daha sonra çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli qeyd edib ki, bəzi televiziya və aparıcıların etirazına baxmayaraq, qüsurlar da qalmaqdadır: “Aparıcılar dili yaxşı bilmirlər, dilin qaydalarına məhəl qoymurlar. Artıq başqa dillərin Azərbaycan dilində intonasiyası hiss olunur”.
AzVision.az