Avtomobillərin ehtiyat hissələri sertifikatlaşdırılacaq

Avtomobillərin ehtiyat hissələri sertifikatlaşdırılacaq
  11 Dekabr 2015    Oxunub:2174
Azərbaycanda avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələrinin təhlükəsizliyi təmin olunmalı məhsulların siyahısına daxil edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az- a verilən xəbərə görə, Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi 3 sertifikatlaşdırma orqanının fəaliyyət sahəsində avtonəqliyyat vasitələrinin ehtiyat hissələrini sertifikatlaşdırmaq nəzərdə tutulub. Bu, “AzeSert”, “Azcertcenter” və “TexnoSert” MMC-lərdir.

Dövlət Komitəsi istehlakçılara akkreditasiya olunmuş qurumlar tərəfindən təhlükəsizliyi təsdiq olunmamış, sertifikatlaşdırılmayan ehtiyyat hissələrini almamağı tövsiyyə edir.
“Milli sertifikatlaşdırma sistemi haqqında” əsasnaməyə görə, sertifikatlaşdırma işlərinin həyata keçirilməsində əsas məqsəd insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına, mühüm təhlükə yaradan, zərər vuran məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının, satışının qarşısını almaq, istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik, sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakına şərait yaratmaqdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 27 noyabr 2015-ci il tarixli qərarına əsasən, bundan sonra ölkəyə idxal edilən, həmçinin istehsal edilən avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri yalnız sertifikatlaşdırıldıqdan sonra dövriyyəyə buraxıla bilər.


Teqlər:



Xəbər lenti