Bakıda 18 yaşlı hamilə qız intihar etdi

Bakıda 18 yaşlı hamilə qız intihar etdi
  11 Dekabr 2015    Oxunub:2208
Dekabrın 9-da axşam saatlarında Bakıda intihara cəhd olub.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Mehmandarov küçəsi bina 2, mənzil 18 ünvanında yaşayan 1997-ci il təvəllüdlü Aşurova Xatirə Səlim qızı özünü 4-cü mərtəbədəki mənzilin eyvanından atıb. O, ağır vəziyyətdə “Azərsutikinti” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin araşdırma nəticəsində 18 yaşlı X.Aşurovanın qısqanclıq zəminində həyatına qəsd etdiyi məlum olub. X.Aşirovanın qohumları bildirib ki, qadının vəziyyəti ağırdır. Onların sözlərinə görə, dünən qadının bətnindəki körpə öldüyündən əməliyyatla götürülüb.

Qadının ayaqları sınıb və o, bu gün növbəti dəfə əməliyyat olunacaq.


Teqlər:  



Xəbər lenti