Təhsil şöbəsinin müdiri işdən qovuldu

Təhsil şöbəsinin müdiri işdən qovuldu
  12 Dekabr 2015    Oxunub:3366
Füzuli Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri vəzifəsindən kənarlaşdırılıb.
AzVision.az Report-a istinadən xəbər verir ki, RTŞ müdiri Almaz Həşimovanın işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunduğu bildirilıir.

A.Həşimova bu vəzifəyə 2010-ci ildə təyin olunub. Füzuli RTŞ-nin müdiri vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, rayon təhsil şöbəsinin müdirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Təhsil Nazirliyi ilə razılaşdırılmaqla rayon icra hakimiyyəti başçılarının sərəncamı ilə həyata keçirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti