Bakıda ağır qəza: 2 yaşlı uşaq öldü

Bakıda ağır qəza: 2 yaşlı uşaq öldü
  14 Dekabr 2015    Oxunub:1731
Bakıda ağır yol qəzası hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, dekabrın 13-ü saat 23:30 radələrində Sabunçu rayonu Məhəmmədi qəsəbəsində Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Ayaz Abbasovun idarə etdiyi «VAZ-2107» və Tovuz rayon sakini 1984-cü il təvəllüdlü Amin Əliyevin idarə etdiyi «Opel-Frontera» markalı avtomobillər toqquşub.

Nəticədə A. Abbasov və oğlu, 2011-ci il təvəllüdlü Toğrul 3 saylı xəstəxanaya yerləşdirilib. Digər oğlu 2013-cü il təvəllüdlü Ramal isə xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti