ABŞ “Günəşli”yə görə kömək təklif etdi

ABŞ “Günəşli”yə görə kömək təklif etdi
  14 Dekabr 2015    Oxunub:1472
ABŞ-ın xüsusi elçisi və beynəlxalq enerji koordinatoru Amos Hokstayn Azərbaycanın energetika naziri Natiq Əliyevə başsağlığı məktubu göndərib.
AzVision.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, A.Hokstayn “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara şəfa diləyib.

“Bu ağır günlərdə ABŞ sizin kədərinizi bölüşür”, - deyən A.Hokstayn qəzanın təhlili və bərpa işləri ilə əlaqədar ölkəsinin köməyini də təklif edib: “ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (BSEE) Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır”.


Teqlər:  



Xəbər lenti