Cəbhədə şiddətli atışma: 3 erməni əsgər öldürüldü (VİDEO)

Cəbhədə şiddətli atışma: 3 erməni əsgər öldürüldü (VİDEO)
  14 Dekabr 2015    Oxunub:4194
Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir uzun müddətli atəş nöqtəsi Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən endirilən zərbə nəticəsində məhv edilib.

Bu barədə AzVision.az- a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır.

Müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin uzun müddətli atəş nöqtəsi sıradan çıxarılıb və məlumata görə o canlı qüvvə sarıdan ən azı 3 (üç) nəfər itki verib.




Teqlər:  



Xəbər lenti