`Nardaranda uşaqlar radikal dini qruplara cəlb edilir`

`Nardaranda uşaqlar radikal dini qruplara cəlb edilir`
  16 Dekabr 2015    Oxunub:3761
“Son zamanlar bəzi rayonlarda, xüsusən Bakının bir sıra kəndlərində erkən nikahların sayı artıb”.
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, son iki ildə komitənin nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 20 erkən nikah faktı qeydə alınıb, onlardan 17-nin qarşısı alınıb.

Komitə sədri əlavə edib ki, erkən hamiləlilk təkcə körpənin deyil, ananın da həyatını təhlükə qarşısında qoyur: “Bu cür nikahların yaratdığı daha bir problem isə gənclərin təhsildən yayınması və cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsi, əlilliyi olan uşaqların doğulmasıdır”.

H.Hüseynova bildirib ki, ölkəmizdə də qızların təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var: “Uşaqların təhsildən yayınması, habelə erkən nikahlar daha ağır ictimai proseslərin yaranmasına gətirib çıxarır. Buna əyani nümunə Nardaranda baş verən hadisələrdir. Bu fakt onu göstərdi ki, uşaqların savadsızlığından istifadə olunur və uşaqlar radikal dini və siyasi qruplara cəlb edirlər.

Valideynlər 6-cı, 7-ci sinifdən uşaqları məktəbdən uzaqlaşdırırlar. Bizə dəfələrlə, xüsusilə analar tərəfindən müraciət olunur ki, onların həyat yoldaşları uşaqları məktəbə getməyə qoymurlar. Burada həm uşaqların hüquqları, həm də dövlətin qanunları pozulur”.

AzVision.az


Teqlər:  



Xəbər lenti