Bu yollarda hərəkət qaydaları dəyişir
Oxu.Az NİİM tərəfindən irəli sürülən və dekabr ayında icra olunan təklifləri təqdim edir:
1. Həsən bəy Zərdabi ilə Əbdürrəhim bəy Haqverdiyev və Mirəli Seyidov küçələrinin kəsişməsindəki mövcud svetofora, Həsən bəy Zərdabi küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinə Mirəli Seyidov küçəsinə sağa dönmə əməliyyatının yerinə yetirilməsi üçün daimi yanan əlavə sağa dönmə bölməsinin quraşdırılması təklifi.
2. Həsən bəy Zərdabi ilə Əsəd Əhmədov küçələrinin kəsişməsindəki svetofora, Həsən bəy Zərdabi küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinə Əsəd Əhmədov küçəsinə sağa dönmə əməliyyatının yerinə yetirilməsi üçün əlavə sağa dönmə bölməsinin quraşdırılaraq svetoforun müvafiq fazasında istifadəsi təklifi.
3. Moskva prospekti, FHN-nin qarşısında yerləşən yerüstü piyada keçidinin yanında yerləşən avtobus dayanacağına piyadaların istifadəsi üçün yol çəkilməsi təklifi (təklif “Avto FM”-də yayımlanan “Dispetçer” verilişində səsləndirilib və vətəndaşın müraciəti əsasında icra olunub).
4. 3 mkr və 7 mkr (Binəqədi RPİ-nin qarşısı) dairələrində “Dairəvi hərəkət” nişanlarının qoyulması təklifi. Təklif qismən icra olunub (3 mkr dairəsində “Dairəvi hərəkət” yol nişanları quraşdırılıb, 7 mkr dairəsində hələ ki quraşdırılmayıb).







Vaxtında, Aydın, Lazımlı!


